Artist Statement

Tam mətni oxuYığ

Mən Chinara Chi (Çinarə Soltanova).

Azərbaycanda — seysmik qırılmalar üzərində inşa olunmuş şəhərdə, Şamaxıda dünyaya gəlmişəm. Amma həyatımın artıq yarıdan çoxunu Bakıda — mənim şəhərim yıxılanda yüksələn şəhərdə yaşamışam. Bakı mənə həm də buna görə doğmadır. Dağılıb yenidən qurulmanı, yeni yerdə, yeni elementlərlə, hətta sıfırdan başlamağı yad ünsür kimi yox, «olmalı olan» proses kimi qəbul etmişəm. Bu yaddaş və kod səbəbindən düşünürəm ki, yaşadıqlarımın hamısı yaradıcılığıma təsir edir.

Yağış və yaşıl kölgəyə qarışan tünd ağac
Ağac və işıq2023

Mən öz portretlərimin simasında məhz sıfırdan başlama anını, dağılmanı, yenidən başlamanı və bütün bunların fonunda insan psixologiyası və emosiyalarının necə ləngər vurduğunu hiss etdirməyə çalışıram. Simanı sabit saxlayıram ki, dəyişən görünsün: kontur boşalır, fiqur əriyir, sonda yalnız iz qalır.

Başını əlinə söykəmiş qadın, oxra və yaşıl
Bacı2025

Ona görə də yaradıcılığımda əsas yer tutan portretlər təkcə insandan yox, coğrafiyadan, təbiətdən, duyğulardan, şüurdan, görmədiyimiz və görə bilmədiyimiz bir çox məqamdan ibarətdir.

İlk ədəbiyyat təhsilimdən sonra rəngkarlıq üzrə təhsil almağım bütün bu prosesləri daha özünəinamlı, daha qətiyyətli şəkildə yerinə yetirə bilmək üçün idi. Mən akademik təhsili inkar etmirəm, əksinə, ona metamodern baxışla yenidən baxıram və bu baxışın qiymətli olduğunu müdafiə edirəm.

Çəhrayı və qəhvəyi rəngdə dincələn baş, cizgilər sürüşür
Self as Topography 10

Ədəbiyyatı, rəsmi, fotoqrafiyanı, vizual sahələri, instalyasiyaları yalnız akademik baza üzərindən qurmaq absurd olardı. Belə məqamlarda köməyimə yetişən daxili səslər, sənətin böyüklüyü və ağırlığı, seçilmiş olduğunu hiss etməyin verdiyi məmnuniyyət və təşəkkür hissi, qarışıq duyğular və bir çox başqa elementdir.

Solğun baş örtüyü altında frontal portret, oxra və boz
Mona Çi2025

Sənətçi tək yön və tək məqamla sənətçi olmur. Doğulduğum gündən indiyə qədərki bütün proseslərin sənətə xidmət etdiyini, yaşadığım bütün şəxsi və sosial məsələlərin məhz sənət adına olduğunu düşünmək məni həm sakitləşdirir, həm də daha güclü yaradıcılığa, axtarışa sövq edir.

Marker eskizi: silsilələr boyunca qırmızı tikişli yaşıl dağlar
Mənzərə etüdü 132026

Doğulduğum, yaşadığım, hətta bundan sonra yaşayacağım hər yerin mənim xarakterimdə olduğunu düşünürəm. Məkanın, təbiətin, hətta havanın belə insan yaradıcılığına nə qədər güclü təsir etdiyini şübhəsiz dərk edirəm. Bitmək, yenidən başlamaq, özünü inşa etmək, öz konstruksiyanı çıxarmaq və nələri çıxarıb nələri əlavə edəcəyini bilmək mənim yaradıcılığımın ana xəttidir. Mən təkcə öz varlığımla yox, mühitimlə, məkanlarımla, ünsiyyətdə olduğum insanlarla, hər gün gördüyüm ağaclarımla — hər şeyimlə mən oluram və mənimçün sənət məhz budur. Bütövlük. Bütöv olmağı ən yaxşı bacaran mənim şəhərimdir, bütün bunları bu koddan mənimsəmişəm.

Şamaxıda — seysmik qırılmalar üzərində inşa olunmuş şəhərdə doğulmuşam. Həyatımın yarıdan çoxunu isə Bakıda, mənim şəhərim yıxılanda yüksələn şəhərdə yaşamışam. Bakı mənə həm də buna görə doğmadır. Dağılıb yenidən qurulmanı, yeni yerdə və yeni elementlərlə sıfırdan başlamağı yad ünsür kimi yox, «olmalı olan» proses kimi qəbul etmişəm.

Yağış və yaşıl kölgəyə qarışan tünd ağac
Ağac və işıq2023

Öz portretlərimin simasında sıfırdan başlama anını, dağılmanı və yenidən başlamanı hiss etdirməyə çalışıram. Simanı sabit saxlayıram ki, dəyişən görünsün: kontur boşalır, fiqur əriyir, sonda yalnız iz qalır. Bu portretlər təkcə insandan yox, coğrafiyadan, təbiətdən, duyğudan, şüurdan və görə bilmədiyimiz məqamlardan ibarətdir.

Başını əlinə söykəmiş qadın, oxra və yaşıl
Bacı2025

İlk təhsilim ədəbiyyat, sonrakı təhsilim rəngkarlıq üzrədir. Akademik bazanı inkar etmirəm — əksinə, ona metamodern baxışla yenidən baxıram və bu baxışın qiymətli olduğunu müdafiə edirəm.

Solğun baş örtüyü altında frontal portret, oxra və boz
Mona Çi2025

Bitmək, yenidən başlamaq, özünü inşa etmək, öz konstruksiyanı çıxarmaq və nələri çıxarıb nələri əlavə edəcəyini bilmək — işimin ana xəttidir. Bütöv olmağı ən yaxşı bacaran mənim şəhərimdir; bunu ondan öyrənmişəm.

Marker eskizi: silsilələr boyunca qırmızı tikişli yaşıl dağlar
Mənzərə etüdü 132026

Əlaqə

İşlər, studiya ziyarətləri və sərgi sorğuları üçün.

Qiymət və mövcudluq sorğu ilə.